Qurban Qurbanov millidə ilk oyununu Gürcüstana qarşı keçirəcək

Sayta qoyulub: 13:37 11.12.2017 (149 dəfə oxunub)

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi. Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq. Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq. Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.

XƏBƏR LENTİ