Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Sayta qoyulub: 13:22 11.12.2017 (338 dəfə oxunub)

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq. Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar. Bundan başqa, püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.

Çempionlar Liqası

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)


“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)


Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.

XƏBƏR LENTİ