Atletikin qapıçısı 25 milyona Reala keçir

Sayta qoyulub: 08:08 11.12.2017 (224 dəfə oxunub)

Atletik klubunun qapıçısı Kepa Arrisabalaq Madrid Realının futbolçusu olmağa çox yaxındır.

 

İspaniya millisinin 23 yaşlı futbolçusu yayda azad agentə çevriləcək.O, yanvar ayında Reala 25 milyon avroya keçəcək. Halbuki , Kepanın müqaviləsində satış opsiyası 20 milyon avro göstərilib.

 

Qapıçı Realla 6 illik müqavilə imzalayacaq.İllik məvacibi isə vergilər çıxdıqdan sonra 2,5 milyon avro olacaq.

 

Atletikin qapıçısı 25 milyona Reala keçir

XƏBƏR LENTİ