L.Həmilton: “Fettel təzyiq altında əzildi”

Sayta qoyulub: 07:27 11.12.2017 (121 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, əzəli rəqibi Sebastyan Fettel təzyiq altında əzilib qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan və Sinqapur yarışlarında ciddi səhvlər etmiş və hər iki halda da böyük ehtimalla qələbəni əldən vermişdi.

Lyuis Həmilton: “Seb bu mövsüm daha əsəbi idi. Heç birimiz Supermen deyilik və hamı təzyiq altında əzilə bilər. Bəzi adamların səbir kəsası daha tez dolur. Tennisdəki kimi. Federer və Nadal rəqib olsalar da, bir-birinin səhvlərini gözləyirlər.

Mən təzyiq altında daha yaxşı işləyirəm. Bu mövsüm hamı bunu gördü. Birdən təzyiq yox oldu və yaxşı olmadı. Bu ilimi Useyn Boltun performansı ilə müqayisə edə bilərəm. Pis başlayır və sonra geridönüş edir.

Fettel gələn il daha güclü olacaq, amma ondan qorxmuram”.

XƏBƏR LENTİ