Cəmi 1 qol vuran Ronaldo ÇL-da həftənin ən yaxşısı oldu

Sayta qoyulub: 13:48 08.12.2017 (328 dəfə oxunub)

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.


Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.


Portuqaliyalı futbolçu Filippe Koutinyo ("Liverpul"), Kotentino Tolisso (PSJ), Bernard (“Şaxtyor”), Eden Hazard (“Çelsi”), Pako Alkaser (“Barselona”), Son Hin-Min (“Tottenhem”) və Xuan Kuadradonu (“Yuventus”) qabaqlayıb.


Ronaldo Dortmund "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vurub.


Qeyd edək ki, Ronaldo qrup mərhələsinin 5-ci turunda da həftənin ən yaxşı oyunçusu seçilmişdi.

 

Cəmi 1 qol vuran Ronaldo ÇL-da həftənin ən yaxşısı oldu

 

 

 

 

qol.az

XƏBƏR LENTİ