UEFA-nın yeni əmsallar cədvəli. Almaniyanın fiaskosu, Serbiyadan gələ biləcək təhlükə

Sayta qoyulub: 07:39 08.12.2017 (432 dəfə oxunub)

UEFA-nın yeni əmsallar cədvəli. Almaniyanın fiaskosu, Serbiyadan gələ biləcək təhlükə


Dünən keçirilən Avroliqa oyunlarından sonra mövsümün 1-ci yarısı geridə qalıb. Azərbaycan klubları avrokuboklarda çıxışlarını başa vurub. Hazırda ölkəmiz əmsallar cədvəlində 23-cü yerdədir. 24-cü pillədə qərarlaşan Bolqarıstanın da balı eynidir. Lakin onların komandası - Luduqurets çıxışını davam etdirir. Bu isə o deməkdir ki, Ludoqoretsin Avroliqanın 1/16 final mərhələsində qazanacağı 1 xal Bolqarıstanın Azərbaycanı keçməsi deməkdir.

 

Digər bir təhlükə isə Serbiyadandır. Bu ölkənin 2 komandası Avroliqada mübarizə aparır. Hazırda Serbiya ölkəmizdən 0,9 bal geri qalır. Lakin serblərin qazanacağı 4 xal onların da ötməsi deməkdir. Belə olan halda Azərbaycan əmsallar cədvəlində 24-cü pillədən aşağı düşəcək. Bu pillənin önəmi 2018/2019 mövsümündə Azərbaycan kubokunu qazanan komandanın yarışlara 2-ci deyil , 3-cü mərhələdən başlamasındadır.

 

Əlavə edək ki, mövsüm Belçika və Hollandiya klubları üçün çox uğursuz bitib. Bu iki ölkə və həmçinin Polşa klubları artıq yarışlardan kənarda qalıblar və cüzi bal toplaya biliblər. Almaniya klubları mübarizəni davam etdirsələr də , 3-cü yeri İtaliyaya veriblər.


UEFA-nın yeni əmsallar cədvəli. Almaniyanın fiaskosu, Serbiyadan gələ biləcək təhlükə

XƏBƏR LENTİ