Voleybol millimizin Avropa Liqasındakı rəqibi müəyyənləşdi

Sayta qoyulub: 14:13 05.12.2017 (214 dəfə oxunub)

Qadın voleybolçular arasında Avropa Liqasının püşkü atılıb. 12 ölkənin mübarizə apardığı yarışda komandalar 3 qrupda qüvvəsini sınayacaq. Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna ilə bir qrupda çıxış edəcək. Oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər. Qeyd edək ki, Faiq Qarayevin yetirmələri 2016-cı ildə analoji yarışın qalibi olduqdan sonra axırıncı turnirə qatılmayıblar. 

XƏBƏR LENTİ