UEFA AFFA-nın layihəsini təsdiq etdi

Sayta qoyulub: 18:23 24.11.2017 (244 dəfə oxunub)

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mini-turnir keçiriləcək.

Belə ki, Cocuq Mərcanlıda 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində kəndin sakinlərinə idman ləvazimatları təqdim olunacaq. 

XƏBƏR LENTİ