Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Mən olsaydım, penalti verməzdim” – Anar Salmanov

Sayta qoyulub: 16:35 24.11.2017 (84 dəfə oxunub)

“Mən olsaydım, penalti verməzdim” – Anar Salmanov

 

“Mən olsaydım, birinci epizodda penalti təyin etməzdim. “Davam” işarəsi verərdim. Çünki Rəşad həmin anda qısa tutmadan istifadə etdi”. Bu sözləri FİFA dərəcəli keçmiş hakim Anar Salmanov deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ” – “Çelsi” oyununda qalmaqallı qərarları ilə gündəmə gələn Manuel de Souzanın idarəçiliyinə münasibət bildirən Salmanov referinin kobud səhvlərə yol verdiyini söyləyib:

“Görünür, hakim epizodu tutmaq-dartmaq kimi qiymətləndirdi. Qaydalarda da var ki, qoldan tutmaq-dartmaq varsa və bu rəqibi qoldan məhrum edirsə, penalti və qırmızı vərəqədir. Çünki bu, bilərəkdən rəqibə qarşı edilən hərəkət kimi qiymətləndirilir. Ancaq əgər top uğrunda mübarizədə gecikirsən və qaydanı pozursansa, belə olan halda penalti və sarı vərəqədir. Yenə deyirəm, mən şəxsən penalti verməzdim. Oyunu davam etdirərdim. Çünki Rəşadın fikri topa oynamaq idi. O, əlini atan kimi rəqib futbolçu özünü yerə atdı. Ona görə ki, peşəkardır. Hakim isə buna hazır deyildi. Gərək, oyunun ruhuna uyğun hərəkət edərdi”.

A.Salmanovun fikrincə, referinin ikinci penalti qərarı isə biabırçılıqdır: “İkili mübarizədə Qara “Çelsi”nin futbolçusunu tutur, rəqib topa doğru gedir. Hakim isə oyunu saxlayıb 11 metrlik nöqtəni göstərir. Həmin epizodda portuqaliyalı referi kobud səhvə yol verdi”.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat