"Zirə" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Sayta qoyulub: 16:16 24.11.2017 (187 dəfə oxunub)

Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itki ilə çıxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun verdiyi məlumata görə, komandanın əsas üzvü Qabriel Matey dizindən əməliyyat olunub. Ölkəsi Rumıniyada əməliyya olunan müdafiəçi 45 gün bərpa prosesi keçməlidir. Bu isə o deməkdir ki, Matey qış fasiləsindən sonra "Zirə"yə kömək edə bilər. Qeyd edək ki,  “Zirə”nin qapıçısı Anar Nəzirov da əməliyyat olunub. O da qış fasiləsindən sonra sıraya dönəcək.

XƏBƏR LENTİ