Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Antonio Konte: "Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi"

Sayta qoyulub: 17:32 21.11.2017 (129 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib. italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
 
Antonio Konte: "Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi"
 
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Bu oyunda çox diqqətli olmalıyıq. “Atletiko” kimi komanda ilə hər iki oyunda heç-heçə etdilər. “Roma” da burda çətinliklə üzləşdi. 
 
- 10 ballıq sistemlə “Çelsi” və “Qarabağ”ı hansı balla qiymətləndirərdiz?
- “Qarabağ” yaxşı komandadı. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyük hesablı qələbəni bununla bağlayardım.
 
- İngiltərə mətbuatına müsahibənizdə ilk qələbənizi qazanana kimi saqqalınızı qırxmayacağınızı demişdiz. Sabah qalib gəlsəz, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsız?
- Əsas olan mənim saqqalım yox, komandanın qələbə qazanmasıdı (gülür). İlk dəfədi saqqal saxlayıram. Düzü, bu, çox çətindi. Ancaq dediyim kimi, mənim üçün əsas olan komandamın qələbəsidi.
 
- İki il öncə, İtaliya millisinin “sükanı arxasında” bu stadionda qələbə qazanmışdız. Necə düşünürsüz, bu arena yenə sizə düşərli olacaq?
-  Eyni nəticənin təkrarlanmasını istərdim. Həmin oyunda çətinliklə üzləşmişdik. Azərbaycanda futbol inkişafdadı. Sabahkı oyunun da çətin keçəcəyini düşünürəm. Bu oyunda çox diqqətli olmalıyıq. 
 
-  Bu matçdan sonra “Liverpul”la çətin oyun gözləyir. Bu, elə oyunlardı ki, burda səhv etmək şansınız yoxdu...
- “Atletiko” ilə oyundan sonra da belə sıxlıq olmuşdu. Təqvimi tərtib edən insanlara qarşı iradım var. Bu təqvimi tərtib edənlər diqqətli olmalıdılar. Bunu bəhanə etmək istəmirəm, ancaq təqvimin sıx olduğu açıqdı.
 
- Futbolçuları ilk oyunda 6:0 hesabıyla qalib gəldikləri komandaya qarşı oyuna kökləməkdə çətinlik çəkməyəcəksiz ki?
- Motivasiya ilə bağlı problem olacağını düşünmürəm. Bu oyuna futbolçuları xüsusi kökləməyə ehtyac görmürəm. Rəqib “Atletiko” ilə iki dəfə heç-heçə edib. 
 
- Qarşıda “Liverpul”la vacib oyununuz olduğunu nəzərə alsaq, bu matçda heyətdə rotasiyalar ola bilər?  
- Həmişə komanda üçün ən yaxşı qərarı verməyə çalışıram. Nəzərə alsaq ki, 3 gündə bir oyun keçiririk, rotasiya mütləq olmalıdı. Ancaq “Qarabağ”la oyun bizim üçün vacibdi. Bu matçda qalib gələcəyimiz təqdirdə, növbəti mərhələyə vəsiqə qazanacağıq. 
 
- Bayaq sıx təqvimdən narazı qaldığınızı bildirdiz. Bununla bağlı şikayət etmisiz?
- Bu, təkcə bizim üçün yox, digər komandalara da aiddi. İngiltərə ÇL-də 5 komanda ilə çıxış edir. Uzun müddətdi İngiltərə klubları ÇL-də finala çıxa bilmir. Baxmayaraq, çox güclüdülər. Təqvimi tərtib edənlər bunu nəzərə almalıdılar.    
 
- Saat neçədə İngiltərəyə çatacaqsız?
- Saat 4-də çatacağıq. Bir daha bildirmək istəyirəm ki, təqvimi hazırlayanlar dəyişikliklər etməlidilər. 
 
- “Mançester Yunayted”ə qarşı 3-5-2 taktikası ilə çıxış etdiz və bu, uğurlu alındı. Bu taktikadan “Liverpul”la matçda da istifadə etməyi planlaşdırırsız?
- Bəzi oyunlarda dəyişikliklərin edilməsi vacibdi. Komanda bir neçə sxemdən istifadə etməyi bacarmalıdı. Əsas olan odu ki, bu dəyişik nəticəsində komanda öz oyununu itirməsin.
 
- Eden Hazardın vəziyyəti nə yerdədi. Son turda ayağından zədə almışdı.
- Onun vəziyyəti yaxşıdı. O, oyuna tam hazırdı. Yalnız Viktor Mozes və Mişi Batşuayinin zədəsi var. Kennedi və Musondanın da zədəsi var. Onların zədəsi əzələ dartılması ilə bağlıdı.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat