"Çelsi"də daha bir itki

Sayta qoyulub: 10:54 21.11.2017 (277 dəfə oxunub)

"Çelsi"də daha bir itki
 

Çempuionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Çelsi" bu matçda daha bir oyunçunun xidmətindən məhrum olub. "Zadəganlar"ın nigeriyalı futbolçusu Viktor Mozes Ağdam təmsilçisinə qarşı oynamayacaq. Vinger məşqlərə başlasa da, zədəsini tam bərpa etməyib. Londonluların çalışdırıcısı Antonio Konte Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Mozesə şans verməyəcək. 26 yaşlı futbolçuyla yanaşı, Mişi Batşuayi və Alvaro Morata da "Qarabağ"a qarşı oynamayacaq. Antonio Konte bu oyunda hücumun sivri ucunda Pedro Rodriqesə, ya da Eden Azara şans verməyi planlaşdırır. Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 22-də  keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək

XƏBƏR LENTİ