Zidan Sançesin transferinə razılıq verdi

Sayta qoyulub: 21:26 20.11.2017 (384 dəfə oxunub)

Arsenalın futbolçusu Aleksis Sançes karyerasını Realda davam etdirə bilər.  TribalFootball-un verdiyi məlumata görə kral klubunun rəhbərliyi çilili forvardı qış transfer pəncərəsinin əsas hədəfi edib. Sançesin Arsenalla müqaviləsi gələn yay başa çatır. Bu da danışılqarı Real üçün daha rahat edə bilər. Madrid təmsilçisi forvard üçün Arsenala 35 milyon avro ödəməyə hazırdır.


Məlumata görə Realın baş məşqçisi Zinəddin Zidan bu transferin həyata keçirilməsinə razılıq verib. Barselonanın keçmiş futbolçusu sayəsində Zidan komandadkı forvardlarının susqunluğuna çarə tapmaq fikrindədir.

 

 

Zidan Sançesin transferinə razılıq verdi

XƏBƏR LENTİ