Dortmund Borussiyasından Arsenala transfer edildi

Sayta qoyulub: 20:58 20.11.2017 (280 dəfə oxunub)

Dortmund Borussiyası rəsmi olaraq özünün əsas skautu Sven Mislintatın Arsenala keçdiyini təsdiq edib.

 

45 yaşlı mütəxəssis London təmsilçisinin skaut xidmətinə rəhbər təyin edilib. Bu keçid üçün Arsenal Borussiyaya 1-2 milyon funt sterlinq ödəyib.

 

Arsenalın hazırki baş skautu Stiv Rouli öz vəzifəsini tərk edir , lakin London klubunda məsləhətçi kimi işini davam etdirəcək.

 

Dortmund Borussiyasından Arsenala transfer edildi

XƏBƏR LENTİ