"Qarabağ"-"Çelsi" matçının hakimləri bilindi

Sayta qoyulub: 12:58 20.11.2017 (216 dəfə oxunub)

"Qarabağ"-"Çelsi" matçının hakimləri bilindi

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri bəlli olub. UEFA bu görüşü portuqaliyalı hakimlər briqadasına tapşırıb. Matçın baş hakimi Manuel De Souza olacaq. Ona yan xətt hakimləri Alvaro Meskita və Rikardo Santos kömək edəcək. Əlavə hakim köməkçiləri Fabio Verissimo və Luis Qodinyo olacaq. Dördüncü hakim funksiyasını isə Nuno Pereyra yerinə yetirəcək. Noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” - “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

XƏBƏR LENTİ