L.Həmilton: “Hər şeyi Alonsodan öyrənmişəm”

Sayta qoyulub: 09:39 19.11.2017 (168 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Niko Rosberqdən heç nə öyrənməyib.

F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə Mercedes komandasında bir yerdə yarışmış və əksər hallarda araları gərgin olmuşdu.

Lyuis Həmilton: “Sözün açığı, Niko ilə keçən 4 ildə heç nə öyrənmədim. Bu vəziyyət onunla bağlı deyil. Fernando ilə bir yerdə keçirdiyim mövsümdə daha çox şey öyrənmişdim. Amma sonrakı komanda yoldaşlarım mənə heç nə qatmadı. Hər yarış təcrübəm bir az da artdı və öz-özümə hər şeyi həll edə bildim. Fernando mükəmməl sürücüdür. Onunla problem yaşasaq da, ondan çox şey öyrənmişdim. Bu idmanda öz təcrübəniz hər şeydən önəmlidir və mən də özümü formada saxlayıb yaxşı iş görməyə çalışıram”.

XƏBƏR LENTİ