“Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” – Konte

Sayta qoyulub: 09:32 19.11.2017 (183 dəfə oxunub)

“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Çünki qələbə qazanacağımız halda biz Çempionlar Liqasında 1/8 finala çıxacağıq”.


Bu sözləri “Çelsi”nin baş məşqçisi Antinio Konte İngiltərə Premyer Liqasında “Vest Bromviç”lə dünən görüşdən (4:0) sonra keçirilən mətbuat konfransında deyib.


O, Bakıya uzun səfərin komandasına yaradacağı çətinlikdən də danışıb: “İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra biz 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

 

 

“Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” – Konte

 

 

qol.az

XƏBƏR LENTİ