R.Braun: “Massa ən güclü sürücülərdən idi”

Sayta qoyulub: 12:54 18.11.2017 (168 dəfə oxunub)

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Felipe Massa öz dövrünün ən sürətli sürücülərindən biri olub.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-cı ildə Ferrari komandasında Ross Braunla işləmişdi.

Ross Braun: “Braziliya onun üçün əla vida oldu və istədiyi şey bu idi. Felipe üçün xüsusi həftəsonu idi. Son yarışı Əbu Dabidə olacaq, amma öz vətənində 7-ci olması sevindiricidir. Ön qrupdakı komandalardan sonra gəlmək ən yaxşı nəticədir. Xüsusən də, Fernando Alonsoya qarşı apardığı mübarizə təsiredici idi. Onu məğlub etdiyi üçün xoşbəxtdir.

Ferrari-dəki günlərini xatırlaryıram. Gənc sürücülərdən biri kimi onu komandaya götürmüşdüm. Daha sonra Mixaellə danışarkən onun böyüdüyünü gördüm və şübhəsiz öz nəslinin ən güclü sürücülərindən biri idi. 2006-cı ildə İnterlaqosda Braziliyanın bayrağı rəngində kombinezonla qazandığı yarışı unuda bilmərəm. 2008-ci ildə də vətənində qalib gələrək, qısa müddət ərzində çempion olmuşdu. Əlbəttə, məyusedici idi və onun məyusluğu məndə dərin izlər qoydu. 2009-cu ildə Macarıstandakı insidenti və zədəsini də xatırlayıram. Qayıdarkən istedadından heç nə itirməmişdi. Felipe gözəl insandır və gözəl ailəsi var. Ona uğurlar arzulayıram”.

XƏBƏR LENTİ