"Zirə" Antalyada 3 yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 11:42 17.11.2017 (135 dəfə oxunub)

Qış toplanışını Türkiyədə keçirəcək “Zirə”nin planları yavaş-yavaş müəyyənləşir. Klubdan verilən məlumata görə, komanda Antalyada 2 həftə qalacaq. Səfərin dəqiq tarixi bəlli olmasa da, paytaxt təmsilçisi qardaş ölkəyə yanvarın 20-21-də getməyi planlaşdırır. Bu müddət Ayxan Abbasovun yetirmələri yoxlama oyunları da keçirəcəklər. Gənc məşqçi komandasını 3 yoxlama matçında sınamaq niyyətindədi. Sparrinq rəqiblərin adları hələ müəyyənləşməyib. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Qeyd edək ki, ölkə çempionatında 11 turdan sonra 24 xal toplayan “Zirə” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.  

XƏBƏR LENTİ