N.Rosberq: “Ferrari gələn il zəif olacaq”

Sayta qoyulub: 08:56 17.11.2017 (163 dəfə oxunub)

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Fettelin gələn il çempion olması çətin məsələdir.

F-1.az xatırladır ki, Fettel bu il mövsümün ilk yarısını birinci yerdə bağlasa da, ikinci yarıda zəif performans göstərmiş və çempionluğu əldən vermişdi.

Niko Rosberq: “Bu mövsüm çox sıx mübarizə oldu, amma düşünürəm ki, Fettelin gələn il bəxti belə gətirməyəcək. Mercedes mövsümün əvvəlində zəif idi və Fettel mövsümə əla başlamışdı. Amm daha sonra ardıcıl problemlər yaşadılar. Həmilton da formasını artıraraq, məğlubedilməz oldu. Məncə, gələn il Mercedes ilə Ferrari arasındakı fərq bir az da artacaq”.

XƏBƏR LENTİ