Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

UEFA Pedro Enrikeni cəzalandırdı

Sayta qoyulub: 08:00 17.11.2017 (59 dəfə oxunub)

UEFA İntizam Komitəsi "Qarabağ" klubunun futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb. 


Qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentindən  verilən məlumata görə, səbəb braziliyalı legionerin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda İspaniya "Atletiko"su ilə səfər matçında birbaşa qırmızı vərəqə almasıdır.


İntizam Kodeksinin 15-ci maddəsini rəhbər tutan Avropa futbol qurumu 27 yaşlı yarımmüdafiəçini qrup mərhələsindəki qalan oyunlardan diskvalifikasiya edib. Bu isə o deməkdir ki, "sambaçı" "Qarabağ"ın noyabrın 22-də Bakıda İngiltərənin "Çelsi", dekabrın 5-də isə İtaliya paytaxtında "Roma" ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.


Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda "Roma" ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub - 1:2

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat