Bavariya qışda forvard alır

Sayta qoyulub: 15:51 16.11.2017 (357 dəfə oxunub)

Hoffenhaymın baş məşqçisi Yulian Nagelsman forvard Sandro Vaqnerin Bavariyaya qışda keçidini təsdiqləyib.

 

«Çoxdan idi Bavariyanın Vaqnerlə maraqlandığını bilirdik. Vaqnerin özü də Münhenə keçmək istəyir.

 

Oyunçu ilə bu barədə danışacağam. Hamı bilir ki, Vaqnerin ailəsi Münhendə yaşayır.

 

Müqaviləsi uzunmüddətlidir. Lakin hər şey danışıqlardan aslı olacaq», – deyə Nagelsman qeyd edib.

 

Onun sözlərinə görə klublar transferin qışda gerçəkləşməsi üçün danışıqlar aparır.

 

Bavariya qışda forvard alır

XƏBƏR LENTİ