Renat Dadaşovun zədəsi yox imiş

Sayta qoyulub: 18:44 15.11.2017 (161 dəfə oxunub)

21 yaşlılardan ibarət milli komandamızın evdə Almaniyaya 0:7 hesabı ilə uduzmasından sonra yığmamızın forvardı Renat Dadaşov zədə səbəbindən Almaniyaya qayıtmışdı.

 AFFA hücumçunun düşərgədən ayrılmasına səbəb kimi Renatın zədəli olmasını  göstərmişdi. Maraqlıdı ki, yığmamızın dünən Kosovo ilə oyunundan (0:0) sonra Dadaşov “İnstagram” səhifəsində çıxış etdiyi Frankfurt “Ayntraxt”ının məşqində çəkdirdiyi şəkli paylaşıb. Əgər Dadaşov həqiqətən də zədəlidirsə, necə məşq edib? Görünən odu ki, ortada böyük bir yalan var.

 

Renat Dadaşovun zədəsi yox imiş

XƏBƏR LENTİ