Cüdoçumuz Böyük Dəbilqə turnirində bürünc medal qazandı

Sayta qoyulub: 20:32 26.10.2017 (298 dəfə oxunub)

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb. Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala yiyələnib. Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.

XƏBƏR LENTİ