Arsenal və MS reqlamenti pozdu. Hər ikisi Liqa kubokundan kənarlaşdırıla bilər

Sayta qoyulub: 11:31 25.10.2017 (357 dəfə oxunub)

Arsenal və Mançester Siti İngiltərə liqa kubokunun reqlamentini pozub.


Norviç Siti ilə qarşılaşmada  (2:1 ƏV) 4 əvəzetmədən istifadə edib. Onlardan 2-si əlavə hissədə olub.Eyni addımı Mançester Siti də Vulverhemptonla  (0:0 , 4:1 penaltilərlə) oyunda edib.


Kubokun reqlamentinə əsasən komandaya əlavə hissədə yalnız 1 dəyişikliyə icazə verilir. Komanda əsas vaxtda 3 dəyişiklik edəcəyi təqdirdə  əlavə hissədə  1-ini də edə bilər. 


Qaydaların 10-cu bəndində bununla bağlı xüsusi yazı var: «Oyunun iştirak ərizəsində 7 nəfərin adı olur və komanda 3 dəyişiklik etmək hüququna malikdir. Əgər oyun əlavə vaxta keçirsə daha bir dəyişikliyə icazə verilir».


Artıq Norviç klubu bununla bağlı federasiyaya şikayətini göndərib. Arsenal və Mançester Sitiyə texniki məğlubiyyət verilə bilər.

 

 

XƏBƏR LENTİ