Abu Dabi qran-prisinə yollanacaq cüdoçularımız bəlli oldu

Sayta qoyulub: 21:24 24.10.2017 (315 dəfə oxunub)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə "Böyük Dəbilqə” beynəlxalq turnirində iştirak eədəcək cüdo üzrə Azərbayacn millisinin heyəti açıqlanıb. 

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı xəbər verir ki, yığma oktyabrın 27-də start götürəcək yarışda 11 cüdoçu ilə təmsil olunacaq. 

 Baş məşqçi Fərhad Məmmədovun rəhbərlik edəcəyi heyətdə Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskaya yer alacaq.

 

XƏBƏR LENTİ