Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Ağasəlim Mircavadov: "Bu qələbənin sevincinin yerini mənə heç nə vermir"

Sayta qoyulub: 14:35 23.10.2017 (153 dəfə oxunub)

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov 70-ci yaşını ötən gün geridə qoydu.
 
Ömrünün böyük hissəsini futbolumuza həsr etmiş Mircavadov  müsahibədə bir çox məqamlara toxunub, ötən illəri xatırladı.
 
- Ağasəlim bəy, təbrik edirik, 70 yaşınızı geridə qoyduz. Özünüzü necə hiss edirsiz?
 
- Çox sağ olun. Özümü yaxşı hiss edirəm. Əlhəmdülillah, hər şey əla, qaydasındadı. 
 
- Yenidən məşqçi kimi çalışmağa həvəs və enerjiniz varmı?
 
- Enerji həmişə var. O cümlədən ağıl və güc. Qalır inam. Mənə inansalar nəticə verə bilərəm. Bilirsiz necədi? Köhnə məşqçilərdə qayda var. Bir yerə dəvət edəndə karyerasına baxırlar. Ondan sonra inanırlar. Amma bizdə tam fərqlidi. Ona görə də bəziləri 3-5 ay işləyir və alınmayanda göndərirlər. Elə deyil, onun proqramı qəbul olunmalıdı. Bizdə isə bu yoxdu.
 
- Uzun müddətdi kənardasız. Unudulmaq təhlükəsi hiss edirsizmi?
 
- Xeyr, əksinə evdə analizlərim var. Futbollara baxıram, analizlər edirəm. Beynim həmişə işdədi.
 
- Karyeranız ərzində "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran"la çempion olmusuz. Sizin üçün hansı daha unudulmazdı?
 
- "Şəmkir"lə də 2 dəfə çempion olmuşam. Mənim üçün hamısı əzizdi.
 
- Hansını fərqləndirərdiz?
 
- Hamısı ilə vuruşurduq, "müharibə" gedirdi. Oyunumuzla özümüzü göstərirdik. Qaçqınlıq dövrü idi, orda-burda qalırdıq. Vəziyyət ağır idi. "Şəmkir" bölgə komandası idi. Allah rəhmət eləsin, klubun ovaxtkı prezidenti Şahbaz müəllim idi. Bir də Aslan Aslanovun əməyi böyük idi. Komandaya stadion tikdilər. İki dəfə çempionluq yaşadıq. Ən əsası o oldu ki, ilk dəfə ÇL-in təsnifat mərhələsində bir mərhələ keçdik. İnfrastruktur, akademiya yox dərəcəsində idi. Şərait də ağır idi. Amm həvəs, istək, klub prezidentinə, rayon camaatına həddindən çox hörmət vardı. Təkcə onu demək kifayətdi ki, Lənkərandakı kimi məşqə 2000-3000 adam gəlirdi. "Neftçi" mənə doğmadı. O klubda böyümüşəm, oxumuşam və işləmişəm. Əsas odu ki, ermənilər üzərində Moskvada onların bazasında qazandığımız qələbə tarixə düşüb. Bu çox önəmlidi və şirindi. Lənkəranda futbolun inkişafında o bölgənin camaatının, Mais və Mübariz Mənsimov qardaşlarının böyük zəhməti olub. Stadion tikdilər, meydançalar saldılar. 14 minlik tutumu vardı, həmişə də ağzına qədər dolurdu. Komanda oynayanda oyuna adam da gələcək. Bu qanundu. Bütün çempionluqlar mənə əzizdi. Çox sevinirəm ki, Azərbaycan torpağında bu klublarla işləmişəm. Həmin futbolçulardan indi baş məşqçi işləyənlər də var. Onların üzərində balaca da olsa əməyim var. Hamısı göz qabağındadı. Bütün bunların müqabilində ölkə başçısı "Şöhrət" ordeni vermişdi mənə. Az-çox işləmişik.
 
- Bu çempionluqlardan hansı çətin və gərgin olub?
 
- İnanın mənə, hamısı çətin olub. Səhv etmirəmsə "Qarabağ"la sona bir, yoxsa iki tur qalmış çempion olduq. Tovuzda oyunumuz vardı. Heç-heçə etsəydik, "Neftçi" çempion olacaqdı. Hesabda 1:0 geridə idik. Sonradan 2:1 qələbə qazandıq. Birinci ildə "Neftçi" ilə xallarımız eyni oldu, "qızıl oyun"a getdik. Sumqayıtda Vidadi Rzayevin qolu 1:0 hesablı qələbə qazanıb çempion olduq. Daha sonra Gəncədə də "qızıl oyun" oldu. O vaxt çox gərginlik vardı. "Xəzər Lənkəran"la da "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib çempion olduq. 4-5 gündən sonra "MKT-Araz"ı məğlub edib kuboku qazandıq. O vaxt azarkeş çox gəlirdi.
 
- İndiki çempionatımızdan çox fərqlənirdi?
 
- Əlbəttə, fərqlənirdi. Məsələn dünən yaxşı bir oyun oldu "Qəbələ" - "Qarabağ". Ondan başqa gərgin oyun olur? İl ərzində ancaq bu komandaların qarşılaşmasını gözləyirik. Digərlərindən narazı deyiləm. Amma reallıq bunu göstərir. Xarici oyunlara fikir verin, futbolçular meydançaya çıxanda əvəlcə tribunaya baxırlar. Bu qaydadı, SSRİ vaxtında da belə olub. Mən də futbolçu və məşqçi olanda tribunalara baxırdım. Tribunalar dolubsa, azarkeşlərə görə məsuliyyət hiss edirdik. Düşünürdük ki, vaxtlarını alıb stadiona çağırmışıq, elə oynayaq ki, istirahət edib evlərinə qayıtsınlar. Oyundan həzz alsınlar. 
 
- Əvvəlki mübarizələri, gərginliyi qaytarmaq üçün çıxış yolu nə ola bilər?
 
- Klublar müstəqil olmalıdı. AFFA-ya minnətdaram ki, çox klubları saxlayır. Dünyanın heç bir yerində futbol federasiyası klublara maliyyə vermir. Həm yüksək, həm də birinci liqada belədi. Ona görə də Allah qismət eləsin, klublarımız müstəqil olsun. Heç olmasa sabit 12 komanda güclülər dəstəsində mübarizə aparsın. Divizion və başqa liqalar da olsun. Belədə həm kütləvilik, həm futbolçu seçimi olar. Bunu qısa zamanda yüksəltsək, inanın yığmamız da oynayacaq. Yığma ilə klubu birləşdirmək lazımdı. Klubda futbolçu zəif olsa yığmada da eyni oyunu göstərəcək. Ona görə də inkişaf etməlidilər. Daha sonra qələbələrdən danışmaq lazımdı. Ən doğru yol klublarla yığmanın birləşdirilməsidi. 
 
- AFFA-nın klub saxlaması çox söz-söhbətlərə səbəb olur...
 
- Bizdə qaydadı, həm maliyyə verirlər, həm də tənqid olunurlar. Bilirsiz klublar müstəqil olsa inkişaf da olar. Əvvəlki sistemə qayıtmaq üçün maliyyə olmalıdı. 
 
- Bir müddət öncə Regional Liqa yaradılması ilə bağlı qərar verildi. Bunun faydası olacaqmı? Bunun üçün yetərincə potensialımız var?
 
- Əlbəttə, var. Bilirsiz necədi, buna demək olar o qədər də böyük maliyyə lazım deyil. Əsas kütləvilik olacaq. Çünki məsələn Bakı zonasının komandaları Zaqatala kimi uzaq bölgələrə getməyəcək. Yaxın ətrafdakı rəqiblərlə oynayacaq. O cümlədən digər rayon komandaları. Belə olsa həmişə, uşaq yetişəcək.
 
- Prosineçkinin gedişindən sonra millini sizə tapşırmaq istəsələr cavabınız necə olar?
 
- Hər bir azərbaycanlı məşqçi yaşından asılı olmayaraq, tapışıracaqları təqdirdə canla-başla yığmada işləməlidi. Biz Azərbaycanı təmsil edirik. Niyə himn çalınanda əlimizi sinəmizin üstünə qoyuruq? Azərbaycanlıyıq də. Fərq etməz, kimi dəvət etsələr, hər bir azərbaycanlı özündə güc hiss etsə çalışdırmalıdı. Bu yığmadı.
 
- Bəs sırf sizin cavabınız nə olar?
 
- Bilirsiz, indi şərait başqadı. Fikir böyükdü, çox vaxt məsələləri qabaqlayırıq. Prosineçkinin hələ AFFA ilə müqaviləsi var. Gözləyirlər ki, gəlsin, söhbət etsinlər. Amma biz həmişə nəsə olanda deyirik ki, "bunu çıxaraq, onu qoyaq" filan. Sivil ölkədə sivil hərəkətlər lazımdı. Başqa hərəkətlər yaraşmaz. Yenə deyirəm, yaşından asılı olmayaraq özündə güc hiss edən hər kəs yığmanı çalışdırmalıdı.
 
- Siz yığmanı çalışdırmağa özünüzdə güc hiss edirsiz?
 
- Mən 7 ildi işləmirəm. Qəribə haldı ki, bizdə yaşlıları tez sıradan çıxarırlar. Müəyyən normalar var, məsələn yaşlılar öz təcrübələrini gənclərə verir. Biz bunu itirmişik. Yaşlı məşqçilərdən istifadə qaydasını formalaşdırmalıyıq ki, gənclər öyrənməyə utanmasınlar. Evdə oturub, xarici oyunların analizlərini edirəm. Güclü komandaların nəyin hesabına belə futbol oynadığını araşdırmağa çalışıram.  Bunlar mütləq lazımdı, özüm üçün də vacibdi. İş yerində Vaqif Sadıqovla, Şakir Qəribovla, Böyükağa Hacıyevlə həmin fikirlər ətrafında müzakirələr, hətta əksər vaxtlarda mübahisə edirik. Bu olmalıdı. Yalnız bundan sonra ortaya nələrsə çıxarmaq olar.
 
- 10 ilə yaxındı yığmanı əcnəbilər çalışdırır. Artıq yerlilərə güvənməyin vaxtı çatmayıbmı?
 
- Həmişə yerlilərin tərəfdarı olmuşam. Çünki futbolçuları daha yaxşı tanıyırlar. Xarici klublarda belədi ki, məşqçi təyin edəndə baxmırlar kiminlə işbirliyi olub, nə edib və ya edə bilər. Həmçinin də yığma məşqçiləri. Siz məndən də yaxşı bilərsiz, son illərdə elə uğur qazananlar yerli məşqçilərimiz olub. Düzdü, səhvləri də var, səhvsiz insan olmur. İş olan yerdə səhvlər də qaçılmazdı. Amma bu səhvlər işə mane olmamalıdı. Qəbul etməlisən, onun üzərində işləməlisən. Qayda belədi. Ürək ağrıyır... Rumıniyadakı tsikldə inanın hamımız ağlayırdıq. Məşqçilərdən tutmuş rəhbərə qədər. 
 
- 70 ilin xeyli hissəsini futbola sərf etmisiz. Geri baxanda, nəyə təəssüflənirsiz, nəyə sevinirsiz?
 
- Sevinmək də olub, görə bilmədiyimiz işlər də. Məsələn uşaq futbolunu inkişaf etditmək, akademiya yaratmaq üçün şərait olmayıb. O vaxtla indiki uşaq futbolu arasında böyük fərq var. İndi AFFA tərəfindən buna daha çox fikir verilir. Bu yaxınlarda Premyer Liqada oynayan komandaların akademiyalarını yoxladıq və rəhbərliyə izahat yazdıq. "Qəbələ"ninki kimi mükəmməl akademiyalar olmalıdı. Uşaqlar üçün meydançalar salınmalıdı. Amma süni örtüklü meydançalar, uşaqlar üçün zərərlidi. Təbii ki, keyfiyyətliləri olur. Yarı faizi təbii, yarısı süni örtüklü meydançalar var. Asfalt süni örtükdən yaxşıdı. Çüni asfaltda yıxılanda ayağın sivrilir, 3-5 gündən sonra qaysaq bağlayıb sağalır. Süni örtükdə sivrilən yaraların sağalması isə daha gec sağalır, çünki meydança kimyəvidi, təsir edir. İndi uşaqlarda psixologiya da dəyişib. O vaxt top tapan kimi futbol oynayırdıq. İndi məktəb qutarır, uşaq gəlir, amma oynmağa meydança yoxdu. Evlərin yaxınlığında meydançalar olmur. Halbuki sağlamlıqdı, buna fikir vermək lazımdı. Sevindirən məqamlar budu ki, indi də camaat futbolu sevir. Onları stadiona dəvət etmək üçün isə şərait lazımdı. Komanda yaxşı oynamalıdı ki, azarkeş gəlsin. Mən özümdən Amerika kəşf etmirəm, bunu hamı bilir. Amma "Pünik" üzərindəki qələbə sevincinin yerini mənə heç nə vermir. Çünki ordakı şərait, rəqibin rəhbərliyi hamısı orda idi. Necə sevinirdik. Ramin Musayevdən tutmuş hamımız bir ailə idik. Tarixi bir şeydi. Buna çox sevimişəm tarixdə və ürəyimdə qalıb.
 
 
 
 
Ağasəlim Mircavadov: "Bu qələbənin sevincinin yerini mənə heç nə vermir"

 

Sport7.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat