Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Abşeron" 8 voleybolçu ilə müqavilə imzaladı

Sayta qoyulub: 13:34 23.10.2017 (221 dəfə oxunub)

"Abşeron" 8 voleybolçu ilə müqavilə imzaladı

Azərbaycan Super Liqasının debütantı “Abşeron” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, komanda artıq 8 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. “Rabitə” və “Telekom”la Super Liqada, Çempionlar Liqasında və klublararası dünya çempionatında uğurlar qazanmış baş məşqçi Eldar Yusubov “Abşeron”a əsasən perspektivli oyunçuları cəmləyib. Belə ki, millimizin üzvlərindən Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva yeni mövsümdən debütantın uğurları üçün çalışacaq. Bu təcrübəli oyunçulara hələlik bir legioner də yardımçı olacaq. Ukraynalı Yekaterina Kalçenko artıq dünəndən komandaya qoşulub. 25 yaşlı blokçunun karyerası əsasən “Ximik”lə bağlıdı. 185 sm boya malik Kalçenko Türkiyənin “Karayolları” klubundan transfer edilib. 6 dəfə Ukrayna çempionatının qızıl medalçısı olan voleybolçu 4 dəfə ölkə kubokunun finalında oynayıb və onun 2-də qələbə qazanıb.

 “Telekom”da əsas yığmaya 5 oyunçu yetişdirən Yusubov 2 gənci də “Abşeron”a dəvət edib. Bunlar Fidan Əhmədxanova və Fidan Ağaməmmədovadı.

 Yeni mövsümdə uğurlu çıxış hədəfləyən komanda artıq bu gündən hazırlıqlara da start verib. Təcrübəlilərlə gənclərin sintezindən qurulan “Abşeron”a yaxın günlərdə yeni voleybolçuların qoşulması da istisna edilmir.  

 Qeyd edək ki, ötən mövsüm “Azərreyl”də oynamış Yana Əzimova Yusubovun yetirmələrindən hesab olunur. Onlar “Telekom”da da bir yerdə çalışıblar.

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat