Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

İsaya məxsus olmayan Kaka

Sayta qoyulub: 08:17 23.10.2017 (87 dəfə oxunub)

Kaka MLS ilə vidalaşır və karyerasını sonlandırmağa yaxındır.

“Daha futboldan həzz ala bilmirəm, çünki hər oyundan sonra ağrı hiss edirəm”, - o, yaxınlarda etiraf etdi.
<section class="entry" entry="2144" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

 Bizim üçün o hər zaman 2003-cü ildə Milanelloya gələn geniş təbəssümlü, uşaq simalı gənc oğlan olaraq qalacaq.

 O zaman dəb paytaxtı zəfər havası ilə hopdurulmuşdu. “Milan” fantastik mövsüm keçirmişdi, 9 ildən sonra Karlo Ançelottinin komandası Avropanın ən güclüsü ünvanını yenidən özünə qaytarmışdı. Bəs necə heyyət! Əfsanələr! Güclə dolu olan Paolo Maldini və Rui Koşta, qocalmaq bilməyən Billi Kostakurta, gənc Andrea Pirlo, hər yerə nüfuz edə bilən Pippo İnzaqi, qüdrətli Klarens Zeedorf və qəzəbli Cennaro Qattuzo.

 Birdə qüsursuz Sandro Nesta, şərq şeytanı – Andrey Şevçenko, ikiürəkli insan – Kafu, qırmızı-qara döyüşçü – Massimo Ambrozini. Məhz bu kompaniyaya o zaman “Yuventus”, “ İnter” və “Çelsi”nin təkliflərinə baxmayaraq, Leonardonun çevikliyi və geniş əlaqələri sayəsində “San Paolo”nun gənc yarımmüdafiəçisi qoşulmuş oldu.

 Elə bil bu Kakada xüsusi bir şey də yox idi, ancaq o topa sahib olaraq bir neçə addım atanda möcüzə baş verirdi. Elə görünürdü ki, sanki o bu dəqiqə meydanın üzərindən uçacaq. Elə bil onun ayaqlarında butsilər yox sehirli başmaqlar idi.

 “Kaka bizim klassik braziyalı futbolçu anlayışını dəyişmiş oldu”, - o zaman San-Paoloda doğulmuş, italiyalı jurnalist Darvin Pastorin yazırdı. - Faveladan olan kasıb yox, varlı və ağ idi. Bir növ futbol Ayrton Sennası, siyasət haqqında deyil, din haqqında mülazhizə edən Sokratesin modifikasiyası. Sokrates kimi onda da hər şeydə zəriflik duyulurdu – daban zərbələrində, gözlənilməz qollarda və akrobatik hərəkətlərdə.

 Bu təkrarolunmaz şarm braziliyalının bütün oyun elementlərində özünü göstərirdi, xüsusən İtaliyada olan ilk iki mövsüm ərzində. Gözəllik gözəllik üçün deyil. Manevrlər manevr üçün deyil. Hər şey bircə məqsədə xidmət edirdi – qol vurmaq. Lakin Kakanın rasiyonalizmi təcrübəsiz tamaşaçı üçün gizli qalırdı. Axı yalnız əsil dəb peşəkarı pencəyinin döş cibində görkəminə uyğunlaşdırılmış yaylıq gəzdirə bilər.

 Beləliklə Kakanın qolları da onu özündənrazılıqda günahlandırmağa əsas vermirdi. Hətta onun topu meydanın mərkəz dairəsində qəbul edərək, geniş addımla “İnter”in cərimə meydançasına daxil olduğu Milan derbisindəki epizod da. Ona qarşı 5 rəqib oyunçu mübarizə aparırdı. Onun yerinə 10 nəfərdən 9-u ötürməni boş mövqedə qərar tutan Tomassana verərdi. Ancaq qapının küncünə düz və dəqiq zərbə gəldi.

 Səhər qəzetlərdə heç kim əsl “10 nömrələr” belə hərəkət etmir, yazmağa cürət etmədi.

 O zamalar İtaliya “10 nömrələr” üçün dəlicəsinə darıxmışdı. Total futbolla maraqlanma itkilərsiz ötüşmədi: Canni Riveranın boş taxtına olan namizədlər ikinci dərəcəli hücumçular mövqeyinə sıxışdırılıb çıxarılmışdılar. Yaradıcıları arxa plana göndərmişdilər. Bu səbəbdən kalço estetiklərinin bütün ümidləri baş məşqçisi 4-3-2-1 - “şam ağacı” quruluşunu yaradan “Milan”la bağlı idi.

 İlk vaxtlarda elə gəlirdi ki, Kaka Riveranın reinkarnasiyası idi. Rolunun təkamülündə növbəti addım, axı Ançelotti əvvəlcə onu Rui Koşta ilə birgə hücumçu mövqeyində oynadırdı. Bu dövrdə məşqçi ona böyük yaradıcılıq azalığı verərək, cinahdan cinaha yerdəyişməyə icazə verirdi. Öz növbəsində bu addım da nəticəsini göstərirdi – axı rəqiblər hələ braziliyalının oyun davranışına bələd deyildilər. Bariz nümunə “Milan”a skudetto gətirən – Şevçenkoya ünvanlanmış baş ötürməsi.

 Buna baxmayaraq tezliklə effektiv antidot tapılmış oldu. Birinci Kakaya Leonardo Koluççi adlı qəyyumu təqdim edən Karlo Matsoni oldu. O gün “ Baloniya” bayram edirdi. Nəticədə – böhran, mətbuat tərəfindən ilkin tənqid, melanxoliya və tezliklə “Çelsi”yə ehtimal olunan keçid. Ançelotti hər şeyi anladı və tədricən yarımmüdafiəçi hərəkət zonasını işə salmağa başladı.

 Ola bilər Rikardo gözlənilən mükəmməlliyi doğrultmadı. O bu ampulun ideoloqiyasına zidd olaraq, həddən artıq çox hər şeyi sona çatdırmağa canatırdı. Dahi musiqiçi onun daxilindəki dahi dirijora qalib gəldi buna görə də ondan kalssik trekvartist alınmadı. Karletto komandanın növbəti inkişaf mərhələsində bundan yararlanaraq braziliyalını əks hücumlarda ölümcül silah kimi istifadə etməyi üstün tutdu.

 O, fövqəltəbii sürət yığdığı zaman topu Kakaya ötür, qalanını Rikardinyo özü həll edər. Ançelotti erasının son zirvəsi dövründə “Rossanyeri”nin əksər kombinasiyalarının əsas hədəfi belə idi. 2007-ci il Çempionlar Liqasınının ikinci rübündə məhz bu melodiyanın sədaları altında bir neçə əhəmiyyətli oyunda vacib qələbələr əldə edilmişdi. “Milan” transformasiyasının başlanğıcını qoyan, “Seltik”lə dueldə əlavə edilən vaxtda vurulmuş həlledici qolu hər kəs xatırlayır.

 Və əlbttə ki, Ançelottinin uşaqlarının məğlub olduğu “Mançestr Yunayted”lə olan səfər oyunu. “Şeytan” “şeytan”a qarşı. O “Mançestr” tezəlikcə “Roma”nı yemişdi 7:1 və “Milan”ı udmağa hazır idi. Meydan sahibləri artıq start fitindən 5 dəqiqə keçmiş fərqlənməyi bacarmışdılar. Lakin bu Kakanın gecəsi idi. İlk olaraq o, Zeedorfdan ötürmə alır, cərimə meydançasına daxil olur və Van der Sardan əks istiqamətə, uzaq küncə topu göndərərək stadionu susmağa məcbur edir. 15 dəqiqə sonra isə 3 nəfəri birdən “axmaq yerinə qoyaraq” nadir fəndlərdən birini yerinə yetirir: Fletçeri aldadır, Haynze ilə Evra isə başları ilə toqquşurlar.

 Sabahsı gün “La Gazetta delloSport” “Bu incəsənət əsərini bütün “Old Trafford”alqışlayırdı” başlığı ilə çıxmışdı. Mişel Platini bu qolu futbolun ən yaxşı reklamı adlandırdı.

 İki həftə sonra isə “manikunyonlar”la o görkəmli komandanın ən yüksək inkişaf nöqtəsi olan həlledici savaşı baş tutdu. “Milan”ın total mükəmməlliyi. Bəlkə də 1994-cü il finalında Kroyfun “Barselona”sını “tarixi zibilliyə” göndərmiş Fabio Kapellonun dəmir adamlarından daha nümunəvi. Və yenidən darmadağının əsasını ilk dəqiqələrdən italyanlar tərəfindən həyata keçirilən şiddətli pressinqi tədbiq edən Kaka qoyur. Şəxsi heçnə: Zeedorfun cərimə meydaçasının kəndarına ötürməsi, sol ayaqla aşağı küncə doğru zərbə. O gün“San-Siro”da hər şey var idi: ağıl, ürək və ehtiras. Ser Aleks Ferqyuson etiraf edirdi: “Milan” azarkeşləri kimi mükəmməl idi”.

 Sonra “Liverpul”la final oldu.Pirlonun Pippoya dəydiyi və topun qapıya daxil olduğu cərimə zəbəsini kim qazandırmışdı? Bəs kim elə həmin oyunda İnzaqiyə şaquli ötürmə verərək, artıq heç bir şübhə qoymadı ki, “İstanbul rüsvayçılığı” yuyulmuş və Afina yenidən “Milan” üçün xoşbəxt şəhər idi? Xoşbəxtlikdən ağlını itirmiş “tiffozilər” bir ağızdan qışqırırdılar: “Biz bura Kakanın necə qol vuracağına baxmağa gəlmişik”. Məhz elə o zaman braziliyalı üçün il “Qızıl top”la yekulaşdı. Ədalətli idi.

 O daha artığını qazana bilərdimi? Belə sualı oyunçu karyerasını bitirdiyi vaxt hər zaman verirlər. Adətən bunun arxasında məyusluqla dolu olan bəraətlər durur. Ah, əgər Raberto Bacco “Viçenze”də oynadığı zaman“sınmasaydı”. Əgər Françesko Totti vaxtında“Roma”dan “Real”a qaçsaydı. Əgər Udinedəki oyundan sonra Alessandro del Pyeroya yenidən hissələrə yığılmağa ehtiyac olmasaydı. Əgər Canluici Lentini avtoqəzaya düşməsəydi. Əgər, əgər, əgər...

 Kaka ilə vəziyyətdə hər şey daha sadə idi. Onun karyerasının ölümcül hadisəsi “Milan”la ayrılması oldu. Təəccüblüdür, lakin İtaliyada çoxları hələdə “rossonyerlər”in onu italyanlara ikiqat daha çox təklif edən“Mançestr Siti”yə deyil məhz “Real”a satmasına heyifslənirlər. Axı məgər ruhun qiyməti olur? O razılaşmada hər kəs əziyyət çəkdi: klub da, futbolçu da.

 Düz 25 il bundan əvvəl Dyeqo Maradona primeradan “Napoli”yə qaçdı. 2009-cu ildə Kaka əks istiqamətlə İspaniyaya gedəndə artıq hər şey aydın idi. “Real”da onu bitirəcəklər. O sanki bunu hiss edirdi və azarkeşlərlə vidalaşdığı an göz yaşlarına hakim ola bilmirdi. İlk ciddi zədə onun əsas üstünlüyü olan topla yüksək sürətli fenomenal davranışının itirilməsinə gətirib çıxardı.

 Belə anda müdrik mütəxəssis onunun intellektinə əsaslanaraq, başqa keyfiyyətlərini istifadə etməyə çalışar, Kakanın hardasa “Riasor”la Afina arasında döndüyü yola qaytarmağa çalışardı. Ola bilsin ki, iş yalnız bir “Qızıl top”la yekunlaşmazdı.

 O anda atanın sözünə qulaqasmayaraq, dahi məşqçilər ölkəsindən getməyə dəyməzdi.

 İmkanlı ailənin uşaqlarının sahib olduğu ilk şey – ən yaxşı başlanğıc şərtlərin mövcudluğu. Lakin eyni zamanda elə onların ən böyük lənəti –daima yalnız keçmişə baxmağa məhkum olan kəslərin sözlərinə həddən artıq həssaslıqla yanaşmaq. Acgözlüklə dolu olan qəribə məsləhətçilər, hətta adlarını yadda saxlamaq mümkün olmayan qardaşlar dəstəsi. Necə də simvolikdi! Andrey Şevçenko “Çelsi”yə getdiyi vaxt demişdi ki, “Milan”da onun işini Kaka davam etdirəcək. Amma o bilmirdi ki, braziliyalı onun səhvini təkrarlayacaq.

 Doğurdan da köynəyində nə yazılmasından aslı olmayaraq Rikardo heç vaxt İsaya məxsus deyildi. Və onun bütün karyerası Kakanın başqa birisinə məxsus olduğunun sübutu idi.

 Bütün İtaliya sevərlərə GRAZİE deyirik!  

 

 

İsaya məxsus olmayan Kaka

 

http://bombardir.az/

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat