"Atletiko" - "Qarabağ" oyununun biletləri - Bakıda satışda

Sayta qoyulub: 12:02 20.10.2017 (225 dəfə oxunub)

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.


Matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər.


Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür.  


Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.

 

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

XƏBƏR LENTİ