ABŞ-2017: Üçüncü stüard – Mika Salo

Sayta qoyulub: 10:55 19.10.2017 (145 dəfə oxunub)

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Mika mütəmadi olaraq stüardlar briqadasına cəlb olunur və bu il Çin, Rusiya, Avstriya və Belçika Qran Prilərində hakimlərə köməklik edib.

ABŞ Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda onunla bərabər FİA-nın Avtoİdman üzrə Ümumdünya Şuarsının üzvü Qarri Konnell və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü, Çexiya avtoklubunun baş katibi Radovan Novak çalışacaqlar…

XƏBƏR LENTİ