Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Çempionlar Yarışı Səudiyyə Ərəbistanında keçiriləcək

Sayta qoyulub: 09:49 19.10.2017 (69 dəfə oxunub)

Çempionlar Yarışının təşkilatçıları elan ediblər ki, mövsümə son vuran möhtəşəm şou ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadın King Fahd stadionunda keçiriləcək.

F-1.az yarışın rəsmi saytına istinadən bildirir ki, 2018-ci ilin əvvəlinə planlaşdırılan şouda Formula1, WEC, İndyCar və ralli-krossun nümayəndələri güclərini sınayacaqlar. Tədbirin tarixi və iştirakçıların heyəti isə təşkilatçılar tərəfindən yaxın günlərdə elan olunacaq…

Frederik Conson, Çempionlar Yarışının prezidenti: “Bizim ən güclü tərəfimiz irəli baxmaq bacarığımızdır və Çempionlar yarışının Səudiyyə Ərəbistanından keçirilməsi bunun bariz sübutudur, çünki bu ölkə beynəlxalq arenada mühüm idman bazarına çevrilməkdədir.

Gələn ildən ölkədə hətta qadınlar da maşın sürmək hüququ qazanacaqlar və biz hesab edirik ki, Çempionlar Yarışını ər-Riyadda keçirmək üçün gözəl fürsətdir. Çempionlar Yarışı sadəcə yarış deyil, Çempionlar Yarışı dünyanın ən güclü sürücülərinin qatıldığı beynəlxalq miqyaslı hadisədir”.

Xatırladaq ki, sonuncu Çempionlar Yarışı bu ilin əvvəlində Mayamidə keçirilmişdi – Xuan Pablo Mantoya sürücülərin yarışında qalib gəlmişdi, Sebastyan Fettel isə Almaniyaya Millətlər Kubokunuqazandırmışdı…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat