La liqanın TV yayım satışı Kataloniyadakı hadisələrə görə təxirə salındı

Sayta qoyulub: 14:09 18.10.2017 (203 dəfə oxunub)

La liqanın prezidenti Xavyer Tebas Kataloniyadakı hadisələrə görə TV yayım hüququnun satışının təxirə salındığını bildirib.

 

«Hələlik tenderi təxirə salmışıq. Gözləyək görək İspaniyada nələr baş verəcək.Bizim turnirlərin satış qiymətinə təsir edəcək problemlər var.Tender Avropa və Asiyada , həmçinin Hindistan və Sinqapur kimi ölkələrə aiddir.

 

Siz Barselonanın qiymətə 50% təsir edəcəyini düşünə bilərsiniz. Amma bu belə deyil. Mən Barsanın təsirini  20-25% qiymətləndirərdim», – deyə Tebas qeyd edib.

 

Xatırladaq ki, Kataloniyada bir neçə əftə əvvəl müstəqilliklə bağlı referendum keçirilmişdi

 

La liqanın TV yayım satışı Kataloniyadakı hadisələrə görə təxirə salındı

XƏBƏR LENTİ