ABŞ yarışına Useyn Bolt start verəcək

Sayta qoyulub: 12:41 18.10.2017 (132 dəfə oxunub)

ABŞ Qran Prisinin təşkilatçıları qarşıdakı həftəsonunu böyük bayrama çevirmək fikrindədirlər.

F-1.az artıq xəbər vermişdi ki, həftəsonunun konsert proqramını Stivi Uander və Castin Timberleyk kimi ulduzlar bəzəyəcək, startdan əvvəl sürücüləri tribunalardakı azarkeşlərə məşhur konfransye Maykl Baffer təqdim edəcək.

Bu gün isə Qran Pridə daha bir ulduzun iştirak edəcəyi açıqlanıb – bu il karyerasını başa vuran, tarixin ən məşhur sprinteri, səkkizqat olimpiya çempionu Useyn Bolt Ostinə təşrif buyuracaq. Bazar günü məhz Boltun F1 maşınlarını qızdırma dövrəsinə göndərməsi planlaşdırılıb…

XƏBƏR LENTİ