C.Batton Həmiltonla Alonsonu müqayisə edib

Sayta qoyulub: 07:40 18.10.2017 (150 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Censon Batton keçmiş komanda yoldaşı Lyuis Həmiltonun saf sürətdə ən güclü olduğunu, amma Fernandonun daha güclü olduğunu deyib.

F-1.az xatırladır ki, Censon Batton həm Alonso, həm də Həmiltonla komanda yoldaşı olmuş yeganə sürücüdür.

Censon Batton “Life to the Limit” adlı yeni kitabında komanda yoldaşlarını sürət baxımından müqayisə edib: “Fernando Alonso həm komanda yoldaşı, həm də rəqib kimi qarşılaşdığım ən çətin pilotlardan idi, hətta, ən çətini idi. Lyuis çox sürətli idi və həmişə sürətli dövrə vurmağa gücü var idi. Həmilton və Senna bəlkə də, Formula1 tarixinin ən sürətli sürücüləridirlər. Amma Fernando hərtərəfli pilotdur. Sıralanma turunda onu keçsəniz də, yarışda keçmək çətin idi. Kənardan baxanda mülayim adama oxşasa da, daxildə sizi məğlub etmək istəyən rəqib gizlənir”.

XƏBƏR LENTİ