C.Batton: “Həmilton qəribə adamdır”

Sayta qoyulub: 14:45 17.10.2017 (123 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Lyuis Həmilton qəribə adamdır.

F-1.az xatırladır ki, Batton və Həmilton 2010-2012-ci illərdə komanda yoldaşı olmuşdular.

Censon Batton: “Aramızda şəxsi problem yox idi, amma Lyuisin hərəkətləri qəribə idi. McLaren-i öz komandası kimi görürdü və bu da münasibətimizi pisləşdirirdi. Eqoist idi və komandanı düşünmürdü.

İnsan olaraq bir neçə ortaq nöqtəmiz var idi. Bir yerdə kartinqdə yarışmışdıq və atası mənim atamın müştərisi idi. Bunun hesabına çox vaxt keçirtmək şansımız oldu, amma bu ortaq nöqtələrə baxmayaraq, onunla dost ola bilmədik. İndi isə daha yetişkindir və nə etdiyini bilir. Özünü təkmilləşdirib, amma vaxtında onunla dost olmaq istərdim”.

XƏBƏR LENTİ