Voleybol millimizin kapitanı Türkiyə klubuna keçdi

Sayta qoyulub: 20:02 09.10.2017 (256 dəfə oxunub)

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin daha bir üzvü yeni klubunun düşərgəsinə qoşulub. Yığmamızın aparıcı oyunçularından olan Odina Bayramova bir müddət əvvəl müqavilə bağladığı Türkiyənin "Seramiksan" klubu ilə məşqlərə başlayıb.

 

Millimizin kapitanı ən azı bir il qonşu ölkə klubunun uğurları üçün çalışacaq. Qeyd edək ki, Odina "Seramiksan"da 15 nömrəli forma ilə çıxış edəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ