Voleybol millimizin üzvü Rusiya çempionatında

Sayta qoyulub: 13:25 09.10.2017 (260 dəfə oxunub)

Voleybol millimizin üzvü Rusiya çempionatında

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını Rusiyada davam etdirəcək. 31 yaşlı blokçu “Leninqradka” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, 82 yaşlı Sankt-Peterburq təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu, Poznyakın karyerasında 4-cü ölkə olacaq. Belarus əsilli voleybolçumuz Azərbaycanda “Azərreyl”, “Lokomotiv”lə yanaşı, İtaliyada “Parma”, Türkiyədə “Beşiktaş”ın formasını geyinib.

Qeyd edək ki, Poznyakdan öncə Natalya Məmmədova da Rusiya Super Liqasını seçib. O, Kazan “Dinamo”su ilə anlaşıb. 

XƏBƏR LENTİ