Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Real Madrid“ və sürgün olunmuş kral ailəsi

Sayta qoyulub: 08:44 05.10.2017 (325 dəfə oxunub)

"Real" ispanca "kral" deməkdir.

 

Bu səbəbdən "Real Madrid"i tez-tez "kral klubu" adlandırırlar. İspaniya kralı XIII Alfonso hələ 1920-ci ildə "Madrid"ə bu titulu verib. Hazırda "Real" deyiləndə, ağla ilk olaraq "Madrid" gəlir. Əslində isə İspaniyada adında "Real" sözü olan klublar az deyil: "Real Sosyedad", "Real Betis", "Real Malyorka", "Real Saraqosa", "Real Ovyedo" və s.

Böyük Madrid klubunun adında "Real" sözü artıq formal xarakter daşısa da, istənilən halda "blankos"un kral ailəsiylə bağlılığı olub. Aydın məsələdir ki, 1931-ci ildə İspaniyada İkinci Respublika elan ediləndən və XIII Alfonso ölkəni tərk etməyə məcbur qalandan sonra klubu adı hər yerdə "Madrid" kimi yazılmağa başladı. Ötən əsrin 30-cu illərin sonunda baş verən hərbi çevrilişdən və vətəndaş müharibəsindən sonra hakimiyyətə general Fransisko Franko gəldi. Bundan sonra İspaniyada 40 illik avtoritar diktatura hökm sürdü.

Çoxlarının "Madrid"ə Frankonun klubu deməsinə səbəb komandanın 50-ci illərdə uğur qazanması. Əslində Don Santyaqo Bernabeu heç vaxt frankoçu olmayıb. Siyasi baxışlarına görə monarxiyaçı olan Bernabeu Frankonun hakimiyyəti qəsb etdiyini düşünürdü.

"Real Madrid" 1955-ci ildə ilk Avropa Çempionlar Kubokunda çıxış edəndə İspaniya hakimiyyəti kral ailəsinin üzvlərini mövcud rejim üçün təhlükə hesab edirdi. Bu səbəbdən "Real Madrid"in Lozannada kral ailəsinin üzvləriylə görüşməsi böyük cəsarət tələb edirdi. Bu, püşkün komandanı 1/8 final mərhələsində Jeneva "Servett"iylə üzləşdirməsindən sonra mümkün oldu. Maraqlıdı ki, görüş sentyabrın 8-də - Jeneva üçün əlamətdar gündə baş tutdu. Belə ki, XVI əsrdə həmin gün Parisdə baş tutan Varfolomey gəcəsindən sonra protestantların çoxu məhz Jenevaya qaçmışdı. Bu səbəbdən bəzi isveçrəli azarkeşlər oyuna revanş kimi baxırdı. Axı İspaniya həmin vaxt Avropanın ən qatı katolik ölkəsi sayılırdı.

Əlbəttə, "Real Madrid" meydan sahibləri üçün qorxulu rəqib sayılırdı, axı "blankos" Çempionlar Kubokunun sələflərindən biri sayılan Latın Kubokunun son qalibi idi. Üstəlik, Di Stefano artıq bütün Avropada tanınırdı. İsveçrəlilərlə oyundan əvvəl madridlilər iki yoldaşlıq görüşündə qüvvəsini sınadı: "El Arkanxel" stadionunun açılışına həsr olunan "Kordoba"yla matçda 12:6 hesabıyla qalib gələn "blankos", bir neçə gün sonra "Santyaqo Bernabeu"da "Mursiya"nı 5:0 hesabıyla darmadağın etdi.

İsveçrədə oyundan bir gün əvvəl maraqlı hadisə yaşansa da, İspaniya mətbuatı bu haqda yazmadı. Lozannaya yollanan "Real Madrid"in nümayəndə heyəti 1941-ci ildə vəfat edən XIII Alfonsonun həyat yoldaşı Viktoriya Euxeniyanın yay iqamətgahında İspaniya kral ailəsinin üzvləri tərəfindən qəbul edildi. Həmin görüşdə həmçinin monarxiyaçıların fikrincə taxtın sahibi sayılan Alfonsonun oğlu Don Xuan (I Xuan Karlosun atası) iştirak etdi. Nəticədə Don Xuan və 17 yaşlı oğlu "Servett"lə matça dəvət aldı.

"Real Madrid"in "Servett"lə oyunda asan qələbə qazanacağını gözləmək yersiz idi. Axı isveçrəlilərin çalışdırıcısı müdafiə futbolunun ən böyük nəzəriyyəçisi və praktiki Karl Rappan idi. Avstriyalı mütəxəssis həmçinin Avropa futbolunda "İsveçrə qıfılı" və ya "Rappan qıfılı" adlanan oyun sisteminin banisiydi. Məhz Rappanın ideyalarından ilhamlanan Alfredo Foni və Nerio Rokko sonradan Elenio Erreranın təkminləşdirdiyi məşhur "katennaço"nu yaratdı.

Elə bu səbəbdən ilk hissədə Alonso, Navarro, Oliva, Lesmes, Munyos, Sarraqa, Molovnı, Peres Paya, Di Stefano, Rial və Xentolu "blankos" istəyinə çatmadı. Müdafiə olunan "Servett" "kiçik fol" taktikasından istifadə edirdi. Fasilədə paltardəyişmə otağında əhval-ruhiyyə yüksək deyildi. Di Stefano kinayəylə oyudaşlarına "bu saatsazlar"a qol vura bilməyəcəyik?" dedi.

Paltardəyişmə otağına daxil olan gənc şahzadə Xuan Karlos futbolçuları salamladı. Daha sonra o üzünü Di Stefanoya tutdu: "İspaniyalı mühacirlər mənə sizdən qələbə gözlədiklərini bildirdi". Əhvalsız olan Alfredo belə cavab verdi: "Güya siz özünüz mühacir deyilsiz?". Daha sonra Di Stefano bu anı gülərək belə xatırlayırdı: "Onun kral olacağını nə bilərdim axı? Yəqin bunu bilsəydim, o vaxt onun əlini öpərdim".

İkinci hissədə "blankos" Migel Munyosun uzaq məsafədən endirdiyi zərbədən sonra hesabı açdı. Daha sonra Di Stefanodan ötürmə alan Rial fərqi artırdı. Daha sonra "Partizan", "Milan" və "Reyms"i məğlub edən madridlilər ilk Çempionlar Kubokunu qazandı.

Ötən əsrin 60-cı illərində generallisimus Franko XIII Alfonsonun nəvəsi və Don Xuanın oğlu Xuan Karlosu varisi elan etdi. 1975-ci ildə Frankonun ölümündən sonra bir vaxtlar Di Stefanodan sərt cavab alan gənc İspaniyanın kralı oldu. Bax belə 1955-ci ildə böyük futbolla böyük siyasətin yolları kəsişdi.

 

“Real Madrid“ və sürgün olunmuş kral ailəsi

 

 

 

Rəşad Yusifov

bombardir.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat