"10 ay dincələcəm" - Ançelotti

Sayta qoyulub: 08:01 03.10.2017 (273 dəfə oxunub)

“Bavariya”dan göndərilən Karlo Ançelotti mövsümün sonuna qədər işləmək istəmədiyini açıqlayıb.


58 yaşlı mütəxəssis heç bir klubla danışıq aparmadığını bildirib:


“Qarşıdakı 10 ay ərzində dincələcəm. Çünki danışıq apardığım klub yoxdur”- deyə o qeyd edib.


İtaliyalı mütəxəssis “Bavariya”nın lider futbolçuları ilə münaqişəsinə görə komandadan göndərilməsi xəbərinə münasibət bildirmək istəməyib. O, bu məsələ ilə bağlı deyib: “Ən yaxşısı susmağımdır”.


Xatırladaq ki, Ançelotti 2016-cı ildən Münhen klubunu çalışdırırdı.

 

"10 ay dincələcəm" - Ançelotti

 

 

 

 

qol.az

XƏBƏR LENTİ