"Barselona"da tətil

Sayta qoyulub: 07:59 03.10.2017 (338 dəfə oxunub)

“Barselona” Kataloniyada müstəqilliklə bağlı referenduma görə tətil edib.

 

Tətillə əlaqədar heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv bu gün məşqə çıxmayacaq. Kataloniyanı təmsil edən “Jirona” da “Barselona”nın bu addımına qoşulub.


Qeyd edək ki, “Barselona” rəhbərliyi ötən gün Kataloniyada referendum səsverməsi ilə əlaqədar  İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Federasiyanın bu tələbi rədd etməsindən sonra Kataloniya klubu buna etiraz əlaməti olaraq matçın azarkeşsiz oynanılmasına qərar verib.

 

 

"Barselona"da tətil

 

 

 

 

qol.az

XƏBƏR LENTİ