Həndbol klubumuz Danimarka təmsilçisi ilə səfərdə oynayacaq

Sayta qoyulub: 19:18 27.09.2017 (223 dəfə oxunub)

Azərbaycan çempionu “Nur”un EHF kubokunun II təsnifat mərhələsində Danimarka “Viborq”u ilə oyunlarının keçirilmə günü və yeri dəqiqləşib. Qadın həndbolçularımız hər 2 görüşünə səfərdə çıxacaqlar. Belə ki, Viborqda baş tutacaq qarşılaşmalar oktyabrın 14-də və 15-də oynanılacaq. İlk matçda Mingəçevir təmsilçisi nominal ev sahibi olacaq.

Oyunların hər ikisi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qeyd edək ki, “Viborq” yarışa II təsnifat mərhələsindən başlayacağı halda, “Nur” I raunddan mübarizəyə qoşulub. Təmsilçimiz İsveçin “Lugi” klubunu yarışdan kənarlaşdırıb.  

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ