Fərid Nəbiyev "Slaviya"da növbəti oyununu keçirdi

Sayta qoyulub: 09:30 25.09.2017 (161 dəfə oxunub)

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Slaviya” klubunda növbəti matçına çıxıb. O, klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyinib. 19 yaşlıların çempionatında 7-ci tur çərçivəsində səfərdə Plzen “Viktoriya”sı ilə qarşılaşan Praqa təmsilçisi 2:1 hesabıyla qalib gəlib. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

XƏBƏR LENTİ