Benzema qəzaya düşdü

Sayta qoyulub: 08:17 25.09.2017 (241 dəfə oxunub)

Madrid Realının forvardı Kərim Benzema avtomobil qəzasının iştirakçısı olub.

 

Fransalı futbolçu  Audi RS6-nın sükanı arxasında olarkən onu arxadan  Nissan Note vurub. Sürücülərə bir şey olmayıb , onların qanlarında alkoqol da aşkar edilməyib.

 

Xatırladaq ki, bu il Benzema artıq bir dəfə qəzaya düşüb. Hadisə Penyuan adlanan Karib adasında baş vermişdi.2013-cü ildə sürücülük hüququ olmadan idarə edərkən tutulan Benzema , 2009-cu ildə də Madridin yaxınlığında Posuelo De Alarkonda divara çırpılmışdı.

 

Benzema qəzaya düşdü

XƏBƏR LENTİ