Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Polina Rəhimova ən yaxşı oyunçu seçildi

Sayta qoyulub: 20:31 24.09.2017 (80 dəfə oxunub)

Qadın voleybolçular arasında Avropa çempionatının A qrupunun ikinci matçı olan Azərbaycan – Polşa oyununun statistikası açıqlanıb. Millimizin 3:0 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu Macarıstanla oyunda olduğu kimi bu dəfə də Polina Rəhimova seçilib.

 

Yığmamızın voleybolçu 30 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (22 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən isə rəqibin üzvüdür. Siyahıda Martina Qrayber hamını qabaqlayıb. Polşalıların digər oyunçusu Zuzanna Efimienko isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Rəhimova 30, Natalya Məmmədova 13, Kseniya Poznyak 6, Olena Həsənova 5, Yelizaveta Səmədova 4, Kristina Yaqubova isə 3 xal toplayıb.

 

Qeyd edək ki, millimiz A qrupunda son oyununu Rusiyaya qarşı keçirəcək.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat