G.Berger: “Mateşiç Formula1-dən getməyəcək”

Sayta qoyulub: 08:35 24.09.2017 (165 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Red Bull Formula1-də qalmaqdan həzz alır.

F-1.az xatırladır ki, son şayiələrə əsasən, Red Bull-un sahibi Diter Mateşiç idmandan ayrılmaq istəyir və Formula1-dən getmək fikrindədir.

Gerhard Berger: “Mateşiçi çox yaxşı tanıyıram və onun Formula1-dən bezdiyi ilə bağlı xəbərlər doğru deyil. Komandanın hazırkı vəziyyətinə görə xoşbəxt deyil. Bu il işlər Red Bull-un istədiyi kimi getmədi və rəqabətədavamlı deyillər. Nə olursa-olsun Red Bull böyük komandadır və heyətlərində Nyui kimi mühəndis var. Sadəcə səbirli olmalıdırlar. Toro Rosso ilə Honda-nın ortaqlığını ən yaxşı formada təhlil edəcəkləri halda, gələcəkdə güclü ola bilərlər. Honda Red Bull üçün vacib şansdır”.

XƏBƏR LENTİ