Ziya oynadı, komandası “Eyndhoven”ə qalib gəldi

Sayta qoyulub: 09:16 23.09.2017 (264 dəfə oxunub)

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 6-cı turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Əzizov da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

"Den Boş" hazırda 7 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.

 

 

Ziya oynadı, komandası “Eyndhoven”ə qalib gəldi

 

 

Sport24.az 

XƏBƏR LENTİ