"İnter" "Neftçi"dən AFFA-ya şikayət etdi: "Futbolçularımıza dəyməyin"

Sayta qoyulub: 22:02 22.09.2017 (185 dəfə oxunub)

Tərlan Əhmədovun "Neftçi"yə baş məşqçi təyin olunmasından sonra Nizami Hacıyevin "ağ-qaralar"a keçməyə razılıq verməsi barədə mətbuatda xəbərlər dolaşır.
Bu məsələ "ağ-qaralar"la "İnter"in arasında inciklik yaradıb. Məlumata görə, "İnter"in prezidenti Zaur Axundov AFFA-nın baş katibi Elxan Məmmədovdan "Neftçi" ilə bağlı narazılıq edib. O, xahiş edib ki, məsələyə müdaxilə etsin və "Neftçi" rəhbərliyinə, Tərlan Əhmədova desin ki, onlar "İnter"in futbolçularına toxunmasınlar.

XƏBƏR LENTİ