Bu gün voleybol üzrə Avropa çempionatı başlayır

Sayta qoyulub: 10:25 22.09.2017 (205 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirəcək. A qrupunda yer alan millimiz ilk turda Macarıstanla qarşılaşacaq. Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

A qrupu

18:00. Macarıstan – Azərbaycan
Hakimlər
: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)
Bakı. Milli Gimnastika Arenası

20:00. Almaniya - Polşa
Bakı. Milli Gimnastika Arenası

XƏBƏR LENTİ