Nadalla Federer torun eyni tərəfində

Sayta qoyulub: 15:47 21.09.2017 (196 dəfə oxunub)

İspaniyalı Rafael Nadal və isveçrəli Rodjer Federer Praqada keçiriləcək  Laver Cup kommersiya turnirində eyni tərəfdə cütlükdə iştirak edəcəklər. Bu onların karyerasında ilk belə hadisə olacaq.

 

Əlavə edək ki, tennisçilər təkli yarışlarda da çıxış edəcəklər.

 

– Mən məmnuniyyətlə Rafa ilə eyni cütdə oynayaram və onun fantastik forhendinin rəqibi necə darmadağın etməsinə şahidlik edərəm, – deyə Federer qeyd edib. – İnanıram ki, azarkeşlər də bundan böyük zövq alacaqlar.

 

Xatırladaq ki, bu il Nadal  US Open və Roland Garrosda, Federer isə  Australian Open və Uimbldonda çempion olub.

 

Nadalla Federer torun eyni tərəfində

XƏBƏR LENTİ